Logo

Naxçıvanın 11 yaşlı şahmatçısı ustalığa namizəd adını alıb

14.07.2025 10:33 26 baxış
IMG

Naxçıvan Muxtar Respublikasının 11 yaşlı məktəbli şahmatçısı Yasin Əzimov növbəti uğura imza atıb. 

Naxçıvan MR Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyası (FIDE) Yasin Əzimova ustalığa namizəd (CM – Candidate Master) dərəcəsi verilib. Bu nailiyyət Naxçıvan şahmat tarixi üçün əlamətdar hadisədir, çünki gənc şahmatçı bu titulu cəmi 11 yaşında qazanıb.

Hazırda FIDE reytinqi 2058 olan Yasin Əzimov son illərdə həm yerli, həm də beynəlxalq turnirlərdə qazandığı bir sıra mühüm uğurlarla yadda qalıb. Azərbaycan çempionatının qızıl və gümüş mükafatçısı olan Yasin 2023-cü ildə Albaniyanın Durres şəhərində 9 yaşlı oğlanlar arasında keçirilən şahmat üzrə Avropa çempionatının çempionu adına layiq görülüb.

Məlumat üçün bildirək ki, bu zamanadək Naxçıvan Muxtar Respublikasında 1 qrossmeyster, 3 beynəlxalq usta, 1 FIDE ustası, 2 qadın FIDE ustası, 2 ustalığa namizəd, 1 beynəlxalq hakim, 2 FIDE hakimi qeydiyyata alınıb.

Xəbər lenti