Logo

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10.07.2025 15:57 148 baxış
IMG

"Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfəyə qədər artıb".

TƏHSİL.BİZ  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı söyləyib.

Nazirin sözlərinə görə, müəllimlərin orta aylıq əməkhaqları 2014-cü ildə 267 manat idisə, diaqnostik qiymətləndirmənin tətbiqindən sonra 2016-cı ildə 10% artaraq 403 manata çatıb. 

2022-ci ildən müəllimlərin sertifikatlaşdırılması prosesinin tətbiqi ilə müəllimlərin orta aylıq əməkhaqları 20% artaraq 720 manat olub. 

2025-2026-cı tədris ili üzrə isə müəllimlərin orta aylıq əməkhaqqı 965 manat olacaq.

 


 

Xəbər lenti