Logo

UNEC ilə Çinin Lanzhou Maliyyə və İqtisad Universiteti əməkdaşlığa başlayıb

10.07.2025 15:33 82 baxış
IMG

Çin Xalq Respublikasının Lanzhou Maliyyə və İqtisad Universitetinin (LMİU) nümayəndə heyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görüş keçirilib.

UNEC-dən TƏHSİL.BİZ-ə bildirilib ki, görüş zamanı iyun ayında UNEC-in rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində başlanmış əməkdaşlıqla bağlı müzakirələr davam etdirilib və bir sıra vacib razılaşmalar əldə olunub.

Tərəflər arasında Birgə Tədqiqat Mərkəzinin yaradılması, bu ilin sentyabr ayından qarşılıqlı müəllim və tələbə mübadiləsinin başlanması, eləcə də LMİU-da yaradılmış Çin - Azərbaycan Təhsil Əməkdaşlığı Mərkəzinin analoqunun UNEC-də təşkil edilməsi barədə razılığa gəlinib.

Müzakirələrin sonunda tərəflər arasında əldə olunmuş razılaşmaları əks etdirən sənəd imzalanıb.

İmzalanmadan sonra çinli nümayəndə heyəti UNEC-in Ekstern Mərkəzi, “Bloomberg” laboratoriyası, Karyera Mərkəzi, imtahan zalı və digər infrastrukturlarla tanış olublar.

 

Xəbər lenti