Logo

“Parla”nın iştirakçıları “Müsahibə bacarıqları” təlimində iştirak ediblər

08.07.2025 09:36 38 baxış
IMG

“Parla” təqaüd və inkişaf proqramının iştirakçıları üçün “Müsahibə bacarıqları” üzrə təlim sessiyası keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Bildirilib ki, dinamik və praktik təlim sessiyası “Azerconnect Group”un dəstəyi ilə top menecerlər üçün MBA dərəcəsinə sahib olan Rəna Şərifovanın təqdimatında təşkil olunub. Sessiya gənc qızların real iş imkanlarına daha yaxşı hazırlaşması məqsədilə həyata keçirilən genişmiqyaslı karyera hazırlığı təşəbbüslərinin bir hissəsi olub.

İştirakçılar müsahibələrə inamla yanaşmaq, effektiv təqdimat, ünsiyyət və dinləmə bacarıqları barədə dəyərli bilik və bacarıqlar əldə ediblər.

Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı Təhsilin İnkişafı Fondu tərəfindən NEQSOL Holding ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

 


 

Xəbər lenti