Ümumi (9 illik) və tam (11 illik) təhsil bazasından Bakı İlahiyyat Kollecinin dini mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Bu barədə TƏHSİL.BİZ -ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi;
Dini mənəvi xidmət ixtisası üzrə Dini-psixoloji komissiya iyulun 16-dan 18-dək Bakı İlahiyyat Kollecində (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 29) fəaliyyət göstərəcək.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin dini mənəvi xidmət ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.
Qabiliyyət imtahanlarının məzmunu ,qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.