Yalnız attestatla qəbul imkanı bu il bəzi ixtisaslar üzrə təqdim edilməyib. Həmin ixtisasların V ixtisas qrupuna daxil edilməsi nəzərdə tutulsa da, layihə reallaşdırılmayıb.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, ali təhsil müəssisələri bu təşəbbüsə etiraz ediblər: “Bildirdilər ki, onlar üçün abituriyentlərin həmin sahəyə dair ilkin bilikləri əldə etməsi vacibdir”.