Logo

VII qrant müsabiqəsinə layihə qəbulunun son günüdür

31.03.2023 12:15 206 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihə qəbulu bu gün yekunlaşır.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir.

Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər.

Qrant müsabiqəsi barədə ətraflı məlumatla nazirliyin saytında elanlar bölməsində tanış olmaq mümkündür.

Xəbər lenti