Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Bu barədə TƏHSİL.BİZ-ə Agentlikdən məlumat verilib.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə Əliyeva, ictimai-siyasi xadimlər Əziz Əliyev və Tamerlan Əliyevin də xatirəsi ehtiramla yad edilib, abidələri önünə gül dəstələri qoyulub.