Logo

Həsən Həsənli: 175 mərkəzdə kompüter əsaslı imtahan keçirmək imkanımız var

01.12.2025 11:56 64 baxış
IMG

"Bu gün 175 mərkəzdə kompüter əsaslı imtahan keçirmək imkanımız var".

TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli "Məktəblilərarası Milli Hakaton 2025"in mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu, ölkə üzrə əlçatanlığı təmin edir.

"İnsan kapitalının formalaşdırılması ən vacib istiqamətlərdəndir və bu məqsədlə cənab Prezident İlham Əliyevin təsdiqlədiyi strategiya çərçivəsində artıq işlərə başlanılıb.

Bu strategiya 2022-ci ildə təsdiq olunanda məktəblərdə kompüter və internetlə təminat istədiyimiz səviyyədə deyildi. Amma bu gün artıq məktəblərdə şagird-kompüter nisbəti 1:6 səviyyəsinə çatmışdır. Bu isə o deməkdir ki, kompüter laboratoriyaları məktəblərdə artıq şagirdlərin öyrənmə ehtiyacları əsasında səmərəli fəaliyyət göstərə bilir.

Eyni zamanda internetlə bağlı problemlər də böyük ölçüdə həll olunub".

Xəbər lenti