Logo

Mikrobiologiya İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib

07.11.2025 20:37 30 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutdan bildirilib ki, tədbiri baş direktor AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq Vətən müharibəsində qazanılan böyük Qələbənin əhəmiyyətindən danışıb. O bildirib ki, 8 noyabr müstəqillik tariximizin ən şərəfli günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan və dünya hərb tarixinə düşən qələbə ilə Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Zəfərimiz bizim mərd və qəhrəman xalq olduğumuzu dünyaya göstərib.

“Azərbaycan yeganə dövlətdir ki, ərazi bütövlüyünü öz hərbi gücü hesabına bərpa edib. Vətən müharibəsində dünya hərb tarixinə yenilik kimi daxil olan və indiyə qədər rast gəlinməyən xüsusi əməliyyatlar həyata keçirilib, bu taktika və strategiyalar beynəlxalq hərbi ekspertlər tərəfindən ciddi təhlil olunur və öyrənilir.

Hər bir Azərbaycan vətəndaşının borcudur ki, igidlərin qanı bahasına alınmış torpaqları qorusun, bu anları heç vaxt unutmasın”, - deyə Pənah Muradov vurğulayıb.

Tədbir iştirakçıları şəhidlərimizə, veteranlarımıza, ordumuza sevgi və ehtiramlarını bildiriblər.

Daha sonra institutun əməkdaşları şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Xəbər lenti