Logo

Professor Li Lei: Azərbaycan alimləri arasında birgə tədqiqatların gerçəkləşdirilməsində böyük potensial görürəm

05.11.2025 16:18 40 baxış
IMG

Bu tarixi yığıncaqda çıxış etmək böyük şərəfdir. Mənim üçün doğrudan da maraqlı və təsirli bir hadisədir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə bütün Azərbaycan elmi ictimaiyyətini səmimi-qəlbdən təbrik edirəm. Bu yubiley təkcə keçilən şərəfli elmi yolun simvolu deyil, həm də yeni elmi nailiyyətlər üçün ilhamverici mərhələdir.

Bu sözləri Kore Akademiyasının (Honq Konq) şura üzvü, professor Li Lei AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən yığıncaqda deyib.

“AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə Çində keçirilmiş görüşümüzü məmnuniyyətlə xatırlayıram və hesab edirəm ki, bu əlaqələr qarşılıqlı elmi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Gələcəkdə Honq Konq Kore Akademiyası ilə Azərbaycan alimləri arasında birgə tədqiqat və innovasiya layihələrinin gerçəkləşdirilməsində böyük potensial görürəm.

Qlobal elmlə bağlı təşəbbüslər, məlumat mübadiləsində etimadın gücləndirilməsi, gənc alimlərin hazırlanması, birgə laboratoriyaların yaradılması və beynəlxalq akademik metodologiyanın inkişafı daha açıq, inklüziv və səmərəli qlobal əməkdaşlıq sisteminin formalaşmasına xidmət edir. Bizim məqsədimiz də qeyd olunan istiqamətlərdə regional əlaqələri gücləndirməkdir.

Sadaladıqlarım dünya elmi sahəsində qabaqcıl istiqamətləri təmsil edir və ölkələrin iqtisadi rifahının artmasına töhfə verir. Arzu edirik ki, elm və texnologiya daha da güclənsin və bəşəriyyətin həllolunmaz qlobal ortaq problemləri qalmasın”, - deyə professor Li Lei qeyd edib.

Xəbər lenti