Logo

ADAU-EGE ikili diplom proqramının tələbələri üçün Karyera Günü keçirilib

03.11.2025 10:51 79 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrin peşəkar inkişafının dəstəklənməsi və əmək bazarına daha hazırlıqlı çıxışının təmin olunması məqsədilə “Prime Cotton” MMC ilə birgə Karyera Günü təşkil olunub.

TƏHSİL.BİZ-in bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi tələbələri aqrar sahədə fəaliyyət göstərən qabaqcıl yerli şirkətlərlə tanış etmək, onların ixtisasları üzrə real iş mühiti və gələcək məşğulluq imkanları barədə məlumatlandırmaq, həmçinin tələbələrin praktiki biliklərini artırmaqdan ibarətdir.

Karyera Günündə “Prime Cotton” MMC-nin nümayəndələri şirkətin fəaliyyət istiqamətləri, aqrar istehsalat zənciri, müasir texnologiyaların tətbiqi, insan resursları strategiyası və işə qəbul prosesi barədə ətraflı təqdimatlar edərək, tələbələrin suallarını cavablandıraraq, onlarla fərdi müzakirələr aparıblar.

Xəbər lenti