Logo

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində simulyativ emalatxanalar yaradılıb

03.11.2025 13:49 97 baxış
IMG

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində dörd simulyativ emalatxana fəaliyyətə başlayıb. 

Bu barədə TƏHSİL.BİZ -ə mərkəzin direktoru Cəlil Bağırov məlumat verib.

Onun sözlərinə görə, artıq mərkəzdə “Qaynaqçı”, “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Mehmanxana və restoran işinin təşkili və idarəedilməsi”, “Mehmanxana inzibatçısı” ixtisasları üzrə təhsil alan tələbələr praktiki dərslərini bu emalatxanalarda keçəcəklər. Bu layihələrdə “Hilton Baku”, “Basqal Resort & SPA”, “İsmayıllı Resort Otel” və “Cafe Center” kimi tərəfdaş müəssisələr iştirak edir.

Xəbər lenti