Logo

BSU-da “BSU 2030: Strateji İnkişaf Planından irəli gələrək səriştəəsaslı təhsilin təşkilinə dair” mövzusunda görüş keçirilib

30.10.2025 12:36 40 baxış
IMG

Oktyabrın 29-da  Bakı Slavyan Universitetində (BSU) “Müasir dillərin tədrisi üzrə dünyanın qabaqcıl ali təhsil müəssisələrindən biri olmaq” strateji hədəfinə uyğun olaraq  “BSU 2030: Strateji İnkişaf Planından irəli gələrək səriştəəsaslı təhsilin təşkilinə dair” mövzusunda müzakirə xarakterli görüş keçirilib. Görüşdə BSU-nun rektoru Anar Nağıyev, universitetin professor-müəllim heyəti və  müxtəlif kafedralardan xarici dil fənnini tədris edən yüksək ixtisaslı müəllimlər iştirak ediblər.

 

Müzakirələrin əsas mövzusu “BSU-da müasir təlim texnologiyaları və rəqəmsal bacarıqların tətbiqi əsasında xarici dillərin tədrisinin təşkili” olub. Workshop (vorkşop) formatında keçirilən görüş zamanı səriştəəsaslı təhsil proqramlarında xarici dillərin rolu, bu istiqamətdə mövcud tədris metodlarının təkmilləşdirilməsi, interaktiv və texnologiyaya əsaslanan yanaşmaların tətbiqi, eləcə də müəllimlərin bu sahədə rəhbərlik və təşəbbüskarlıq bacarıqlarının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüş həm tədris keyfiyyətinin yüksəldilməsi, həm də BSU-nun beynəlxalq akademik platformalarda rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbər lenti