Logo

Professor Müzəffər Şəkər: Qardaşlığımızın və dostluğumuzun nümayişi olaraq Bakıdayıq

05.11.2025 18:05 38 baxış
IMG

AMEA-nın 80 illik yubileyi, şübhəsiz ki, bizi çox sevindirdi. Bu tədbirin ilk mərhələsini Türkiyədə, Ankara Universitetində keçirdik. AMEA prezidenti akademik İsa Həbibbəyli də bu yubiley tədbirimizdə iştirak etdi. Onun iştirakı zamanı Azərbaycan ilə Türkiyə arasında elmi, mədəni və tarixi əlaqələrin təməli və möhkəmliyi barədə razılığa gəlindi və çox yaxşı məruzələr təqdim edildi. İndi bu qardaşlığın və dostluğun davamının nümayişi olaraq buradayıq.

Bu sözləri AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər deyib.

“Qarşılıqlı elmi fikirlər, düşüncələr, birgəlik hər zaman böyük uğurlara imza atmış olur. Biz bir ananın iki övladıyıq. Biz iki dövlət, bir millət olaraq birlikdə irəliləyirik. Akademiyalarımız da eyni şəkildədir. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Sizin bayramınız bizim bayramımızdır. Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyini və alimlərini 80 illik yubiley münasibəti ilə təbrik edir, elm yolunda daha böyük uğurlara və nailiyyətlərə imza atmağı arzulayırıq! Bayramımız mübarək!”, - deyə Müzəffər Şəkər vurğulayıb.

Xəbər lenti