Logo

Təhsil müəssisələrində Zəfər Günü qeyd olunub

07.11.2025 14:24 43 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində 8 Noyabr-Zəfər Gününün beşinci ildönümü ilə bağlı tədbirlər keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, foto və rəsm sərgiləri, eləcə də şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə və Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil olunub.

Həmçinin Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar müxtəlif müsabiqələr, idman yarışları, festivallar keçirilib, tamaşa və filmlər nümayiş olunub.

Tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif  idarə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, təhsil  müəssisələrinin pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Şagirdlərə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, qürurla anılan Zəfər Günü barədə ətraflı məlumat verilib, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanı şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun dünya hərb tarixindəki yeri barədə söhbət açılıb.

Zəfər Gününün Azərbaycan tarixində dönüş nöqtəsi olduğu vurğulanıb, bu tarixi qələbəni bizə bəxş edən şəhid və qazilərə minnətdarlıq bildirilib. Qeyd edilib ki, bu gün hər kəs Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.

Tədbirlərdə şagirdlər və dərnək üzvləri vətənpərvərlik mövzularında ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Xəbər lenti