Logo

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına hazırlıq dərsləri keçirilir

07.11.2025 14:29 33 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi seçmə imtahanın nəticələrinə əsasən, bu il ölkəmizi Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO) 6 nəfər şagird və 3 nəfər rəhbər müəllim təmsil edəcək.

TƏHSİL.BİZ  xəbər verir ki, seçmə imtahanında uğurlu nəticə göstərərək ölkəmizi bu olimpiadada təmsil etmək hüququ qazanan şagirdlər Kimya-biologiya təmayüllü Respublika liseyində olimpiadaya hazırlıq dərslərinə cəlb ediliblər. Hazırlıq dərsləri fizika, kimya və biologiya fənlərini əhatə edir və şagirdlərin laboratoriya bacarıqlarının, eləcə də fənlərarası inteqrasiya üzrə biliklərinin təkmilləşdirilməsinə yönəlib.

Qeyd edək ki, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO) – təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında keçirilən nüfuzlu beynəlxalq elm yarışıdır.

Yarış 23 noyabr – 2 dekabr 2025-ci il tarixlərində Rusiya Federasiyasının Sirius federal ərazisində təşkil olunacaq.

Xəbər lenti