Logo

Coğrafiya İnstitutunda ixtisas fənlərindən qəbul imtahanları keçirilib

12.09.2025 09:11 32 baxış
IMG

Sentyabrın 11-də Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda ixtisas fənlərindən qəbul imtahanları keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, 9 ixtisas üzrə ayrılan 15 yeri tutmaq üçün 17 iddiaçı sənəd təqdim edib. Onlardan 8 nəfəri xarici dil və fəlsəfə fənlərindən müvəffəq qiymət ala bilməyib.

İmtahanlarda 6 ixtisas üzrə 8 yer uğrunda 9 iddiaçı mübarizə aparıb. İmtahanları keçirmək üçün ixtisas üzrə alimlərdən ibarət 6 komissiya yaradılıb. Komissiyalara sədrlik edən institutun baş direktoru Zaur İmraninin iştirakı ilə keçən imtahanlar müvəffəqiyyətlə başa çatıb və iddiaçıların bilikləri müvafiq ballarla qiymətləndirilib.

İmtahanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”na uyğun olaraq keçirilib.

Xəbər lenti