Logo

Şərqşünas alimin “Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” monoqrafiyası nəşr edilib

02.09.2025 16:50 61 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə üzrə elmlər doktoru, professor Roida Rzayevanın “Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” monoqrafiyası nəşr edilib.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, monoqrafiya şәbәkә sosiallığı vә rәqәmsallaşma şәraitindә siyasәtin, ideologiyanın vә medianın fәnlәrarası tәhlilinә hәsr olunub.

Kitab praktiki (tәtbiqi) vә nәzәri (konseptual) hissәlәrdәn ibarәtdir.

Monoqrafiyasnın tәtbiqi hissәsindә siyasәt, dövlәt idarәçiliyi, ideologiya vә media mәsәlәlәri dövrümüzün yeni çağırışları işığında tәhlil edilir. Nәşr siyasi dünyanın postklassik mәnzәrәsi, şәbәkә sosiallığı vә onun öyrәnilmәsi metodları, sosio-kommunikativ texnologiyalar (memlərin yaradılması texnologiyaları), sosiallığın mifologiyası, siyasәtin medialaşması, informasiya müharibәlәri, kibersimulyakrlar, feyklәr (posthәqiqәt, postmәxfilik), kibertәhlükәsizlik, onlayn (şәbәkә) siyasi sәfәrbәrlik, yeni epistemoloji paradiqma kimi böyük verilәnlәr, hakimiyyәt fәlsәfәsi problemlәri, dövlәt idarәçiliyi fәlsәfәsinin aparıcı kateqoriyaları, bu sahədə yeni tendensiyalar, müasir siyasi idarәetmәdә internet-texnologiyalarından istifadә, potensial risklәrin idarә edilmәsi, siyasi şüur, rәqәmsal diplomatiya, media mәdәniyyәti, media tәcrübәlәri, sosial medianın kommunikasiya arxitekturası, simvolik siyasәt, mәna istehsalı, ideologemlәr, yumşaq güc, mentalitet vә digər mәsәlәlәri әhatә edir.

Nәzәri hissәdә modernlәşmә, elitalar, postmodernlәşmә, qlokallaşma, beynәlxalq münasibәtlәr vә beynәlxalq hüquq kontekstindә postmodern, dialoq fәlsәfәsi, multikulturalizm vә s. mәsәlәlәr tәhlil edilir.

Kitab alimlәr, sosial elmlәr sahәlәri üzrә mütәxәssislәr, filosoflar, politoloqlar, siyasi strateqlәr, dövlәt qulluqçuları, ictimaiyyәtlә әlaqәlәr şöbәsinin әmәkdaşları, media işçilәri, diplomatlar, eyni zamanda, müasir siyasәt, siyasәt fәlsәfәsi, siyasi sosiologiya, siyasi psixologiya, siyasi antropologiya, siyasi coğrafiya (geosiyasәt), dövlәt idarәçiliyi, medialogiya mәsәlәlәri ilә maraqlanan geniş oxucu kütlәsi üçün nәzәrdә tutulub. Nəşrdən dәrs vәsaiti kimi istifadә oluna bilәr.

Bu əsərdə müәllifin әvvәlki monoqrafiyalarında vә bu istiqamәtdә tәdqiqatlarında tәqdim etdiyi fikirlәr davam vә inkişaf etdirilir. Qeyd edək ki, müəllifin “Müasirliyin çağırışları: postmoderniti və multikulturalizm” (“The Challenges of Contemporaneity: Postmodernity and Multiculturalism”) adlı bundan əvvəlki monoqrafiyası “Springer” beynəlxalq elmi nəşriyyatı tərəfindən çap olunub.

Müәllifin dәyişәn müasirlik vә siyasәt dünyasının postklassik mәnzәrәsi mövzusunda mәruzәlәri dünyanın aparıcı elm mәrkәzlәrindәn olan Oksford vә Kembric universitetlәrindә keçirilәn konfranslarda tәqdim olunub.

Elmi tәdqiqatların nәticәlәri, siyasәtin paradiqmal tәhlilinin tәrkib hissәsi kimi qeyd olunan müәyyәn müddәalar vә tezislәr hәm ölkә daxilindә, hәm dә dünyanın bir çox ölkәsindә (İspaniya, Böyük Britaniya, İtaliya, Fransa, Cәnubi Koreya, Yunanıstan, Avstriya, Türkiyә, Rusiya, Litva, Kipr, Belarus, Gürcüstan vә s.) yüzdәn artıq beynәlxalq konfranslarda mәruzә edilib.

Xəbər lenti