Logo

Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyatların sərgisi keçirilir

02.09.2025 14:07 59 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) yeni daxil olan nəşrlərdən ibarət sərgi təşkil olunub.

MEK-dən TƏHSİL.BİZ -ə bildirilib ki, sərgidə nümayiş etdirilən kitablar elmin müxtəlif sahələrini əhatə edir. Burada klassik ədəbiyyat, folklorşünaslıq, incəsənət, tarix, ekologiya, təbiət elmləri, informasiya texnologiyaları və digər istiqamətlər üzrə tədqiqat əsərləri yer alıb.

Təqdim olunan nəşrlər arasında “Daşa yazılan tarix”, “Jurnalistika və beynəlxalq humanitar hüquq”, “Azərbaycanın beynəlxalq əlaqələrində nikah diplomatiyası (Qədim dövr–XVIII əsr)”, “Azərbaycan qadın şairlərinin poeziya antologiyası”, “Türkdilli ölkələrin milli musiqi alətləri” (Azərbaycan, türk və ingilis dillərində), “Azərbaycan milli çalğı aləti tar: konstruktiv xüsusiyyətləri və akustik xarakteristikaları”, “Naxçıvan” biblioqrafiyası, “Uşaqların Nizami Gəncəvi dünyası”, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış “Səninləyik, Türkiyə!” kitabı yer alıb.

Bundan əlavə, sərgidə “Azərbaycanın botanika elminin salnaməsi: bitkilərin müxtəlifliyi və onların istifadəsi (1920–2020-ci illər)”, “Qida mikrobiologiyası”, “Riyaziyyatın mexanikaya tətbiqləri”, “İlk yardım”, “Döyüşçülərin davranış qaydaları” və digər nəşrlər oxuculara təqdim olunur.

Sərgilənən ədəbiyyat alimlər, tələbələr, həmçinin elmi və ictimai məsələlərə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbər lenti