Logo

Bakıda “Hərbi konfliktlərin ətraf mühitə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

02.09.2025 12:21 57 baxış
IMG

Sentyabrın 10-12-də Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti, Türkiyənin Ege Universiteti, Özbəkistanın Karşı Dövlət Universiteti və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının birgə təşkilatçılığı ilə “Hərbi konfliktlərin ətraf mühitə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, konfransda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan, Ukrayna, Rusiya, Sudan və Böyük Britaniyadan tanınmış alim və mütəxəssislər iştirak edəcəklər.

Tədbirin açılış mərasimi sentyabrın 10-da “Grand Hotel Europe” hotelində baş tutacaq və burada plenar iclas keçiriləcək. Konfransın elmi hissəsi Radiasiya Problemləri İnstitutunda müxtəlif tematik bölmələr üzrə davam etdiriləcək.

İclaslarda hərbi əməliyyatların flora və faunaya, su hövzələrinə, hava və torpaq qatına təsiri, radioekoloji risklər, meşə yanğınları və mina partlayışlarının ekosistemə yaratdığı fəsadlar kimi mövzularda elmi məruzələr təqdim olunacaq.

Xəbər lenti