Logo

ADPU-da 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub

02.09.2025 10:25 77 baxış
IMG

2025/2026-cı tədris ili üzrə ali təhsil  müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarında 13 ixtisasda dövlət sifarişi üzrə keçid balı 500-dən yüksək olub.

Bu barədə TƏHSİL.BİZ -ə ADPU-dan məlumat verilib.

Bildirilib ki, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasında dövlət sifarişli yerlər üzrə formalaşmış minimal keçid balı həm ADPU-da, həm də bütün filiallarda 500-dən yuxarı olub

Xəbər lenti