Logo

Hafiz Paşayev: Təhsilə qoyulan sərmayə ölkənin davamlı inkişafı üçün ən effektiv yollardandır

02.09.2025 10:16 51 baxış
IMG

“Bakının belə mötəbər yarışa ev sahibliyi etməsi həm qürur, həm də böyük məsuliyyətdir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri bu gün 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev səsləndirib.

”Azərbaycanın paytaxtında dünyanın 70 ölkəsindən yüzlərlə gənc proqramçını qarşılamaq bizim üçün böyük şərəfdir. Bu möhtəşəm tədbirin reallaşmasına dəstək verən təşkilatçılara, sponsorlara və könüllülərə təşəkkürümü bildirirəm. Xüsusi minnətdarlığıma layiq qurumlardan biri də Mərkəzi Bankdır. Eləcə də Bil Pauçerin altı ay əvvəlki təqdimatı bu yarışmanın miqyasını və beynəlxalq əhəmiyyətini bir daha göstərdi”, – deyə o qeyd edib.

Hafiz Paşayev əlavə edib ki, təhsilə qoyulan sərmayə və biznes təşəbbüslərinin dəstəklənməsi ölkənin davamlı inkişafını və rifahını təmin etməyin ən effektiv yollarındandır:

“İnnovativ IT ekosisteminin formalaşması şirkətlərin qlobal biznes reytinqində mövqeyini getdikcə daha çox müəyyənləşdirəcək. Bakıda ICPC dünya finalının keçirilməsi isə bu yolda atılan mühüm addımlardan biridir”.

Xəbər lenti