Logo

Vəfa Yaqublu: “Son zəng”də şagird məktəbli formasında olmalıdır

15.05.2025 15:14 75 baxış
IMG

“Son zəng”də şagird məktəbli formasında olmalıdır. Çünki məktəbli forması mənsubiyyət göstəricisidir. Bu o deməkdir ki, “Mən bu məktəbin bir hissəsiyəm. Bu məktəb də mənim üçündür”. 

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib.

O bildirib ki, uşaqlar “Son zəng” günündə məktəbli forması ilə də sağollaşırlar. Hər bir fəaliyyətin bir mənası olmalıdır:

“Onlarla “Son zəng” tədbirində olmuşam. Bu tədbirlər emosional tədbirdir və uşaqlar öz emosiyalarını, fikirlərini səmimi şəkildə göstərməlidirlər. Məktəb ictimai qurumdur. Burada müxtəlif sosial rifah səviyyəsində olan insanlar təhsil alırlar. Bu cür tədbirlər o qədər ziyalıcasına, həssas qurulmalıdır ki, hər bir uşaq orada özünü komfort hiss etsin. 150 manatı verənin yanında o biri uşaq özünü piss hiss etməsin. 

Mən uşaqların səlahiyyətləndirilməsi məsələsinə diqqət yetirmək istəyirəm. Məşhur sosioloq-pedaqoq var – Rocer Hard. “Rocer Hardın nərdivanı” adlı nəzəriyyə var, orada uşaqların səlahiyyətləndirilməsini səkkiz pilləyə bölür. Ən aşağı pillənin adını “imitasiya-monipulyasiya” qoyub, ən yuxarı səkkizinci pillə isə uşaqların özlərinin tədbiri təşkil etməsi və böyüklərdən kömək istəməsidir. Bizim halımız “imitasiya-monipulyasiya” səviyyəsindədir. Hamısı bir-birinin təkrarı olan tədbirlərdə məzunlar emosiyaları sözlə ifadə etmək imkanından məhrum olurlar. Uşaq orada emosional zövq almır”. 


 

Xəbər lenti