Logo

Coğrafiya İnstitutunun əməkdaşı tələbələrə prioritet elmi tədqiqatlardan danışıb

15.05.2025 12:11 58 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudov Milli Aviasiya Akademiyasında Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanda nəqliyyatın aktual problemləri” mövzusunda keçirilən XXVI elmi-texniki tələbə konfransında iştirak edib.

İnstitutdan TƏHSİL.BİZ - ə bildirilib ki, Rza Mahmudovun həmsədrlik etdiyi “Hidrometeorologiya və ətraf mühit” bölmə iclasında magistr tələbələr regional iqlim dəyişmələri və onun ətraf mühitə, xüsusən aviasiya nəqliyyatına təsiri barədə tədqiqatlara dair elmi məruzələrlə çıxış ediblər.

İclasın sonunda professor çıxış edərək hidrometeorologiya, iqlim dəyişmələri və ekoloji problemlər istiqamətində prioritet elmi tədqiqatlardan danışıb, magistr tələbələrə maraqlı məruzələrinə görə təşəkkür edib, gələcəyin tədqiqatçılarına yeni uğurlar arzulayıb.

Tədbirin sonunda fərqlənən tələbələrə xüsusi sertifikatlar təqdim edilib.

Xəbər lenti