Logo

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

08.05.2024 19:42 151 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təhsildə sosial iş xidməti çərçivəsində 100-dən çox sosial pedaqoqla görüş keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Tehsil.biz"ə verilən məlumata görə, Sosial Xidmətlər Agentliyi ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən tədbir maarifləndirmə xarakteri daşıyıb.

Görüşdə Bakının Xətai, Nizami, Xəzər, Sabunçu, Yasamal, Qaradağ, Binəqədi, Suraxanı, Nəsimi və Nərimanov rayonları, eləcə də Abşeron, Xızı və Sumqayıt ərazilərindəki ümumtəhsil məktəblərinə təhkim olunmuş sosial pedaqoqlar iştirak edib.

Agentliyin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Cavid Rəhimli, əməkdaşlar Günay Mirzəyeva və Aydan Əbdülbağıyeva təhsildə sosial iş xidmətinin əhəmiyyəti, həmin xidmətin əhatə dairəsi və həssas qruplarla aparılan sosial işdə oynadığı roldan danışıblar.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib və lazımi tövsiyələr verilib.

Xəbər lenti