Azərbaycan 2026-cı ildə PIRLS tədqiqatında iştirak edəcək.
TƏHSİL.BİZ xəbər verir ki, bu beynəlxalq qiymətləndirmə tədqiqatı IV sinif şagirdlərinin oxu savadlılığını müxtəlif aspektlərdən araşdıraraq faydalı məlumatlar təqdim edəcək.
PIRLS-in verəcəyi töhfələr aşağıdakı kimidir:
– Oxu savadlılığının səviyyələr üzrə müəyyənləşdirilməsi
Şagirdlərin oxuduqlarını anlayıb-anlamadıqları səviyyələr üzrə ölçüləcək və güclü–zəif tərəflər müəyyən olunacaq.
– Mətn növləri üzrə bacarıqların təhlili
Şagirdlərin bədii və informativ mətnlərdə hansı istiqamətdə daha yaxşı nəticə göstərdikləri müəyyən olunacaq.
– Kompüter əsaslı qiymətləndirməyə keçid
PIRLS-də ilk dəfə olaraq Azərbaycan şagirdləri ənənəvi kağız formatında deyil, kompüterdə oxu və tapşırıqları yerinə yetirmə bacarıqları üzrə qiymətləndiriləcək.
– ePIRLS – onlayn oxu bacarıqlarının ölçülməsi
Şagirdlər veb-səhifə formatlı tapşırıqları da cavablandıracaqlar və onların rəqəmsal mühitdə oxu bacarıqları qiymətləndiriləcək.
– Süni intellektlə yoxlamanın tətbiqi
Açıq tipli suallar üzrə cavabların süni intellekt vasitəsilə də yoxlanılması sınaqdan keçiriləcək. Bu, süni intellektlə cavabların yoxlanılmasının effektivliyinə dair ölkələrə yeni təcrübə qazandıracaq.