Logo

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

12.09.2025 14:43 50 baxış
IMG

“Keyfiyyət monitorinqləri çərçivəsində aparılan dərs dinləmələri zamanı planlaşdırma mərhələsində bir sıra sistemli problemlər ilə yanaşı, müsbət dinamikanı da qeyd etmək lazımdır”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən 2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev səsləndirib. 

O qeyd edib ki, təlim nəticələrinin artıq məzmun standartlarına uyğun müəyyən olunması müşahidə olunur:
“Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb. Müəllimlərin planlaşdırmada daha məqsədyönlü yanaşmaya keçilib. Tədrisin keyfiyyətində müsbət dəyişikliklərin olduğunu göstərir. Bu istiqamətdə aparılan monitorinqlər, təlimlər və sistemli dəstək tədbirləri keyfiyyətin davamlı yüksəlməsinə xidmət edir”.

Xəbər lenti