Logo

Yeni tədris ilində şimal-qərb bölgəsində 80 min 677 şagird təhsil alacaq

12.09.2025 12:23 39 baxış
IMG

2025–2026-cı tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 80 min 677 şagird təhsil alacaq. 

TƏHSİL.BİZ -ə Şəki–Zaqatala Regional Təhsil İdarəsindən verilən məlumata əsasən, I sinifdə 6 min 714, IX sinifdə 7 min 996, XI sinifdə isə 6 min 156 şagirdin təhsil alması gözlənilir.

‎‎Eyni zamanda şimal-qərb bölgəsində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 7 min 220 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 5 min 205-ə yaxın beşyaşlı uşaq cəlb olunacaq.

Yeni tədris ilində idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 9 min 379 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 1395 tərbiyəçi-müəllim çalışacaq.

‎‎Qeyd edək ki, hazırda Şəki–Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 352 ümumi, 204 məktəbəqədər və 12 məktəbdənkənar olmaqla, ümumilikdə, 568 təhsil müəssisəsi fəaliyyət göstərir.

Xəbər lenti