Müəllimlər arasında keçirilən "İlin gənc müəllimi - 2024" müsabiqəsində “TOP-10” müəllimin siyahısı məlum olub. Müsabiqə "Azərbaycan müəllimi" qəzeti və AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə həyata keçirilir.
TƏHSİL.BİZ xəbər verir ki, müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən, təhsilə hərtərəfli fayda verən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır. Məlumat üçün bildirək ki, layihənin icrası üç mərhələdə həyata keçirilir.
Birinci mərhələdə gənc müəllimlər üçün nəzərdə tutulmuş qeydiyyat forması doldurulur.
Müəllimlər bu mərhələdə özləri haqqında ətraflı məlumat təqdim edərək, tələb olunan bütün sualları cavablandırıb və müvafiq bölmələri tam şəkildə tamamlayıblar.
İkinci mərhələdə təşkilatçılar tərəfindən seçilən ekspertlər qrupu qeydiyyatdan keçmiş müəllimləri əvvəlcədən elan edilmiş meyarlar əsasında qiymətləndiriblər. Nəticədə “TOP-150”, “TOP-100” və “TOP-50” müəllimlərin siyahıları müəyyən edilib.
İkinci mərhələnin sonunda “TOP-50” siyahısına daxil olan müəllimlərlə onlayn formatda fərdi görüşlər təşkil edilib.
Beləliklə, münsiflər tərəfindən gərgin rəqabət nəticəsində seçilən ən yaxşı 10 müəllimi “TOP-10”-luğu sorğuya daxil etmişik.
Səsvermədə iştirak edəcək ən yaxşı 10 müəllimi bir daha diqqətinizə çatdırırıq:
1.İlahə Tağıyeva - Xəzər rayon 326 N-li tam orta məktəbin İbtiadi sinif müəllimi;
2.Təranə Nuriyeva - Bakı şəhəri Nəsimi rayonu Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
3. Rəşadət Abdulov - E. Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb liseyin Tarix müəllimi;
4.Əlihüseyn Yaqubov - Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor;
5.Gülağa Rəhmətov - Lerik rayonu Ambu kənd tam orta məktəbin İbtidai sinif müəllimi;
6.Əfşan Fərəcli - Ağdam rayon 71 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
7.Aynur Axundova - Qobustan rayon Cəyirli kənd Rasim Hüseynov adına ümumi orta məktəbin İngilis dili müəllimi;
8.Gülnisə Əliyeva - Ucar rayon S.Salmanov adına Bağman kənd tam orta məktəbin Fizika,təbiət və həyat bilgisi müəllimi;
9. Gülnaz Abbaslı - Quba rayon Qaraçay qəsəbə tam orta məktəbin İngilis dili müəllimi;
10.Natəvan Fərzəliyeva - Ordubad şəhər M.T.Sidqi adına 1 nömrəli tam orta məktəbin Riyaziyyat və STEAM müəllimi.
Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olaraq (kompüterdə) sağ alt küncündə, mobil telefonda isə aşağıda yerləşən sorğu panelindəki suala cavab verdikdən sonra "Səs ver" düyməsini sıxsınlar.
Qeyd edək ki, sorğu 21 iyul 2025-ci ildən 15 avqust 2025-ci il saat 23.59-dək davam edəcək.