Logo

BANM-də beynəlxalq akkreditasiya üçün ekspert qiymətləndirməsi aparılıb

21.07.2025 12:54 55 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan ASIIN tərəfindən təhsil proqramlarının beynəlxalq akkreditasiyası məqsədilə ekspert qiymətləndirməsi aparılıb.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, qiymətləndirmə zamanı tədris proqramlarının məzmunu, əmək bazarına uyğunluğu, müəllim heyətinin ixtisas səviyyəsi və universitetin inkişaf strategiyası ətraflı müzakirə edilib. Ekspert komissiyasında ASIIN təmsilçiləri ilə yanaşı, Almaniyanın fərqli ali məktəblərindən professorlar, sənaye nümayəndələri və tələbələr iştirak ediblər.

Rektor Elmar Qasımov qonaqlarla görüşdə BANM-in yaranma tarixi, gənc və dinamik heyəti, həmçinin beynəlxalq standartlara uyğunlaşma istiqamətində görülən işlər barədə məlumat verib.

Proqram çərçivəsində bir sıra görüşlər keçirilib, tədris və tədqiqat laboratoriyalarına baxış təşkil olunub.

 

Xəbər lenti