““Yüksəliş” müsabiqəsində tətbiq olunan T-test şkalasının digər imtahanlarda da istifadəsi məsələsi müzakirə olunur. Bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə də müzakirələr aparılır”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “2024-ci il üçün ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili” ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, nazirlik 9-cu sinif buraxılış imtahanlarından başlayaraq T-test şkalasının tətbiqini təklif edir: “Mən ilkin mərhələdə T-test şkalasının magistratura imtahanlarında tətbiqinin daha uyğun olduğunu düşünürəm. Əgər qərar qəbul olunarsa, T-test şkalası 9-cu sinifdən də tətbiq edilə bilər. Bunun üçün isə ən azı 1 il ərzində ictimaiyyətin bu qiymətləndirmə modeli barədə məlumatlandırılması və maarifləndirilməsi vacibdir”.