Logo

“Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühit” – yeni elmi nəşr

11.07.2025 14:54 99 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru Vüqar Əhmədin “Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühit (XIX əsr – XX əsrin əvvəlləri)” monoqrafiyası çapdan çıxıb.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib. Bildirilib ki, Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadənin “Ön söz” yazdığı bu kitabın rəyçiləri dosentlər Gülbəniz Babayeva və Səbinə Əhmədovadır.

Monoqrafiyada XIX əsr – XX əsrin əvvəlləri Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühitin təşəkkülü, formalaşması və inkişaf yolu tədqiq olunub. Həmin dövrlərdəki ədəbi məclislər, bu məclislərdə formalaşan söz sənətkarlarının yaradıcılığı təhlil edilir. Tədqiqat Qərbi Azərbaycan, Cənubi Azərbaycan, Kərkük, Naxçıvan, Qazax-Borçalı, Bakı, Şəki, Gəncə, Qarabağ, Şamaxı, Dərbənd, Quba, Lənkəran və digər coğrafiyalarda ədəbi mühitlə bağlı fikir formalaşdırır.

Xəbər lenti