Logo

Çinin Beihang Universitetində BMU ilə əməkdaşlıq görüşü keçirilib

11.07.2025 10:32 61 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Pekin şəhərində yerləşən Beihang Universitetində olub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, BMU heyətini salamlayan Beihang Universitetinin rəhbərliyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Bildirilib ki, kompüter elmləri və mühəndislik sahəsində ixtisaslaşmış ali məktəb 50 ildən artıqdır ki, qabaqcıl tədqiqatlar aparır. Beihang Universiteti tədqiqat yönümlü fəaliyyəti, güclü laboratoriyaları və Çinin nüfuzlu proqramlarında iştirakı ilə seçilir.

Öz növbəsində BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül BMU-da tədris olunan ixtisaslar, tədqiqat üçün zəruri laboratoriyalar, startapların hazırlanması üçün texniki imkanlar, universitetin beynəlxalq reytinqlərdə möhkəmlənən mövqeyi və s. məlumatları Beihang Universiteti rəhbərliyinin diqqətinə çatdırıb. Prorektor BMU-nun Çin ali məktəbləri ilə qurulan əlaqələrindən bəhs edib və bu baxımdan Beihang Universiteti ilə mümkün əməkdaşlıq istiqamətlərinə toxunub.

Sonra iki universitet arasında qarşılıqlı maraq doğuran istiqamətlər müzakirə olunub. Birgə layihələrin icrası, tələbə və müəllim mübadiləsi, təcrübə proqramları, təlim imkanlarının inkişaf etdirilməsi, eləcə də ikili diplom proqramlarının yaradılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı tərəflər arasında anlaşma memorandumunun imzalanması və gələcəkdə qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsi perspektivləri diqqətə çatdırılıb, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ilkin razılıq əldə edilib.

Sonda BMU nümayəndələri Beihang Universitetinin kampusu və burada tədris üçün yaradılan şərait ilə yaxından tanış olublar.

 

 

 

 


 

Xəbər lenti