Logo

Uşaqları kitab oxumağa necə həvəsləndirək?

23.02.2021 17:36 624 baxış
IMG

Uşaqları kitab oxumağa necə  həvəsləndirməklə ilə bağlı çoxsaylı araşdırmaların olması bu barədə çətinliklərin olduğunu təsdiq edir.  Bu məsələ ,əsasən, pedaqoji, mədəni və sosial hadisədir. Oxu problemi həddən artıq böyük məzmunda məktəb oxu materialları, uşaqların kütləvi informasiya vasitələrindən istifadəsi, smartfonlar və keyfiyyətsiz məzmunlu televiziya əyləncə proqramlarına heyranlıqdan irəli gəlir. Bütün bunlar uşaqlara əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Beləliklə, uşaqlar yaşadıqları dünyanın passiv müşahidəçilərinə çevrilir və uyğun olmayan məzmuna əsaslanaraq biliklər  əldə edirlər.

 

Məktəb dövrü  başlayandan sonra uşaqlar mürəkkəb riyazi əməliyyatları necə mənimsəmək, elmləri necə başa düşüb mənimsəmək, ifadəli dil bacarıqlarını necə inkişaf etdirmək kimi bir çox problemlərlə üzləşirlər.  Məktəbdə hər birimizə nə qədər oxusaq, danışmağımızı, düşüncələrimizi və inanclarımızı ifadə etmək və tərtib etmək daha asan olacağını deyirdilər. Sağlam oxumaq vərdişini inkişaf etdirən insan yalnız yaxşı oxumağı bacaran insandan daha yaxşıdır. Bu cür insanın daha çox özünə inamı var, söylədiklərinə daha çox güvənir və hər hansı bir gözlənilməz hadisə ilə qarşılaşmağı daha yaxşı bacarır. Buna görə biz, böyüklər, sağlam oxu  vərdişini uşaqlarımıza ötürməliyik.

 

Uşağı oxumağa necə ruhlandırmaq olar?

 

Mütəxəssislər, uşağın oxuyarkən  bilik əldə etdiyinə olan inamını oxumaq üçün ən vacib təşviqlərdən biri hesab edir. Alimlər bunu “özünü səmərəli, faydalı hiss etmək” duyğusu adlandırırlar. Özünü faydalı hiss etmək uşaqlarda müsbət bir özünə inamı və zəhmət və əziyyətlərinin müsbət nəticələnəcəyi inamını inkişaf etdirir. Uşaqlar oxumaqla bilik və təcrübə qazana bilmə bacarıqlarını kəşf edirlər. Bu şəkildə uşaqların oxumaq qorxusu da azalır. Bir müəllim və ya  valideyn uşaqlarda özünüdərketmə və qiymətləndirmə qabiliyyətini inkişaf etdirirsə, uşaqlarını oxu müddətində ortaya çıxan bütün vəzifələri tapmaq və həll etmək üçün səy göstərməyə təşviq etməkdə doğru yoldadır. Oxu prosesində uşaqlarda özünəinam hissi inkişaf etdirmək üçün valideynlərin ata biləcəyi ilk addımlardan bəziləri:
 

  •     oxumağın faydalı bir fəaliyyət kimi vacibliyini və dəyərini vurğulamaq;
  •     oxumaq üçün müsbət bir atmosfer yaratmaq;
  •     oxumaq ehtiyacını təşviq etmək;
  •     bir uşağa oxucu kimi özünə inamı inkişaf etdirməyə kömək etmək.


Uşağı oxumağa kim təşviq etməlidir?
Uşaq oxumağa həvəsləndirmə işini bir neçə şəxs apara bilər; valideynlər, bacı-qardaşlar və ya məktəb müəllimləri. Bir uşağın kitablara olan sevgisi və öyrənməkdən və oxumaqdan həzz alması bacarığı ona  hər gün tərbiyə edilməlidir. Erkən yaşlardan etibarən ailə mühitində  uşağda kitablara müsbət münasibət inkişaf etdirilməlidir .Uşaq böyüdükcə bunun zövq alacağı və yeni bilik və bacarıqları əldə edəcəyi  aktiv bir proses olduğuna inanmalıdır. Müəllimlər oxumağa təşviqdə əhəmiyyətli yerə sahibdirlər. Uşaqda oxumağa müsbət yanaşma formalaşdıqdan sonra oxumaq onların ən sevimli fəaliyyətlərindən birinə çevriləcək. Beləliklə, uşaqların özləri boş vaxtlarında oxumağa təşəbbüs göstərəcəklər.

 

Müəllimlər uşaqları oxumağa necə həvəsləndirə bilərlər?

 

Müəllimlər bir uşağın mütaliə prosesində  davamlı təşviq mühiti yaradan insanlardır. Onlar həm uşağın mütaliə motivasiyasını yaxşılaşdırmalı və onu oxumağa təşviq edən sosial konstruktiv bir yanaşma yaratmalıdırlar.

 

Müəllim buna aşağıdakı yollarla nail ola bilər:
 

  •   Seçilmiş məcburi oxu və ev tapşırıqlarının mövzusunu mümkün dərəcədə uşağın yaşına və maraqlarına uyğunlaşdırmaqla ;
  •   Tək olaraq oxunan məcburi oxu əvəzinə müəllim cüt və ya qrup şəklində oxu fəaliyyəti təşkil edə bilər;
  •   Uşaqdan oxuduğu  bir kitabı bitirdikdən sonra istər yazılı, istərsə şifahi şəkildə dostları ilə bölüşmələrini xahiş edərək;
  •   Uşaqları kitablarda oxuduqlarını həyat təcrübələri ilə əlaqələndirməyə həvəsləndirməklə;
  •   Uşaqların boş vaxtlarında oxuduqları material — onlayn mətnlər, komikslər, məcburi oxudan başqa kitablar, jurnallar haqqında danışa biləcəyi dərslər təşkil etməklə.


Oxumağın sehri!

 

Sakit bir guşədə oturduğunuz, kitab oxuyaraq başqa bir dünyaya, uzaq və naməlum bir yerə səyahət etdiyiniz an. Edə biləcəyinizin ən gözəli oxumaq və uşaqlara hər şeyə sevgi və müsbət münasibət göstərməyi öyrətmək, bəxş etməkdir. Oxumaq bizi formalaşdırır, aktiv, bacarıqlı və müdrik edir. Oxuyarkən bir çox yeni şeylər öyrəndiklərini gördükcə uşaqlar cavab axtarmağa, daha çox yeni məlumat öyrənməyə təşviq olunurlar. Buna görə uşağı oxumağın sehrindən həzz almağa təşviq etməlisiniz.

Xəbər lenti