Logo

Hakim vəzifəsi üzrə qəbul imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

26.10.2021 11:11 238 baxış
IMG

Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilmiş linkdən noyabrın 4-dək istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Tehsil.biz xəbər verir ki, test imtahanı noyabrın 5-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək.

Xəbər lenti