Logo

Tarixdə bu gün 20 NOYABR

20.11.2020 09:27 543 baxış
IMG

Əhəmiyyətli hadisələr

  • 1612 — Osmanlı-Səfəvi müharibəsi müvəqqəti də olsa, dayandırıldı və Mərənd sülhü (Nasuh Paşa andlaşması) bağlandı.
  • 1917 — Ukrayna Respublikası elan edilmişdir.
  • 1922 — Lozanna Konfransı işə başlamışdır.
  • 1943 — İstanbul Texniki Universiteti açılmışdır.
  • 1945 — İkinci Dünya Müharibəsi hərbi cinayətkarlarının mühakimə edildiyi "Nürenberq prosesi" başlamışdır. Nürenberq prosesi həm də sinxron tərcümənin başlanğıcı kimi qəbul edilir.
  • 1945 — Təbrizdə "Azərbaycan Xalq Konqresi" təsis edilmişdir.
  • 1959 — BMT "Uşaq hüquqları haqqında Bəyannamə" qəbul etmişdir.
  • 1962 — Karib böhranı tam olaraq başa çatmışdır.
  • 1975 — Bakıda Üzeyir Hacıbəyovun ev muzeyi açılmışdır.
  • 1979 — Xəstələrə ilk dəfə süni qan köçürülmüşdür.
  • 1985 — Microsoft Windows 1.0. təqdim edilmişdir.
  • 1990 — Sovet seriya qatili, manyak Andrey Çikatilo həbs edilmişdir.
  • 1991 — Azərbaycan Respublikası hökumət nümayəndələri, SSRİ Müdafiə Nazirliyi, Rusiya və Qazaxıstan müşahidəçilərini daşıyan Mİ-8 vertolyotu Martuni (indiki Xocavənd) rayonunda ermənilər tərəfindən vurulmuşdur. Bu hadisə Azərbaycan tarixinə Qarakənd faciəsi kimi düşmüşdür.
  • 1992 — Azərbaycan-İran birgə komissiyasının 6 noyabrda Bakıda başlayan iclası başa çatmışdır. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında memorandum imzalamışdır.
  • 2000 — Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş 730-cu görüşündə AŞPA-nın 2001-ci ilin yanvar ayında keçiriləcək növbəti sessiyasına qədər bütün iclaslarının gündəliyinə "Ermənistan və Azərbaycanın demokratik inkişafının müşahidə edilməsi" adlı bənd daxil edilməsi qərara alınmışdır. Bir digər qərarla, Monitorinq Qrupu ("AQO" qrupu) İtaliyanın Daimi Nümayəndəsinin Sədrliyi ilə Avstriya, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Latviya, Niderland, Rumıniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Türkiyə və Almaniya nümayəndələrindən təşkil edilmişdir.
  • 2003 — İstanbulda ingilis səfirliyinə və HSBS banka silahlı hücum nəticəsində 30 nəfər həlak olmuş, 450-dən çox insan yaralanmışdır.

Doğumlar

  • 1858 — Əlabbas İsgəndərov, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
  • 1858 — Selma Lagerlöf, isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı
  • 1889 — Edvin Habbl, amerikalı astronom
  • 1923 — Nadin Qordimer, CAR-lı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı
  • 1928 — Aleksey Batalov, Rusiya aktyoru.
  • 1945 — Emel Sayın, türk müğənni
  • 1967 — Teoman, türk rok musiqiçi
  • 1930 — Gündüz Abbasov, Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Romantik obrazlar ustası.

Ölümlər

  • 1829 — Anton Rubenşteyn, rus bəstəkar və dirijor.
  • 1910 — Lev Tolstoy, rus yazıçı.
  • 1956 — Kazım Ziya, Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR-i xalq artisti (1943), SSRİ Dövlət Mükafatı laureatı (1948), "Lenin" ordeni laureatı.
  • 1975 — Fransisko Franko, ispan generalı.
  • 2016 — Akif Əzizov, Azərbaycan kimyaçısı.
  • 1991 — İsmət Qayıbov, Azərbaycan Respublikasının ilk Baş Prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri.
  • 1991 — Alı Mustafayev, Azərbaycan, telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
  • 1991 — Tofiq İsmayılov (akademik), Beynəlxalq mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi, Azərbaycan SSR-in Dövlət Katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü.
  • 1991 — Məhəmməd Əsədov, Azərbaycan Respublikasının dövlət xadimi və milis general-mayoru, Azərbaycan Respublikasının müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri.
  • 1991 — Zülfü Hacıyev, Azərbaycan Respublikası Baş nazirinin müavini (1989–1991), elmlər namizədi.
  • 1991 — Osman Mirzəyev, Azərbaycan jurnalisti, yazıçısı və publisisti, Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibi
  • 1991 — Vaqif Cəfərov, SSRİ Ali Sovetinin deputatı, Şuşa rayon Partiya Komitəsinin I katibi, Dağlıq Qarabağ Vilayəti(DQMV) üzrə təşkilat komitəsi sədr müavini, Azərbaycan Respublikası Sənaye-Tikinti nazirinin müavini.
  • 1991 — Vəli Məmmədov, azərbaycanlı ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı.
  • 1991 — Qurban Namazəliyev — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini (1991), şəhid.
  • 1991 — Arif Hüseynzadə, Azərbaycanın Milli Qəhrəmanı.
  • 1991 — Fəxrəddin Şahbazov, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

Xəbər lenti