Logo

Nazir müavini: Dövlət sektorunda könüllülüyün əhəmiyyəti artıb

04.12.2025 14:34 73 baxış
IMG

“Bu forumun “həmrəylik” adlandırılması olduqca əhəmiyyətli bir məna daşıyır. Həmrəylik hər birimizin gündəlik olaraq daşıdığı məsuliyyət hissidir. Könüllülər isə bu məsuliyyətin ən fəal, ən fədakar daşıyıcılarıdır”.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri ədliyyə nazirinin müavini Toğrul Hüseynov “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda söyləyib.

O qeyd edib ki, dövlət sektorunda könüllülük xüsusilə böyük əhəmiyyət kəsb etməyə başlayıb:

“Konstitusiyamız vətəndaşların cəmiyyətə töhfə vermək, sosial ədalət və həmrəyliyi möhkəmləndirmək üçün əsas prinsipləri müəyyən edir. Azərbaycan könüllüləri bu dəyərləri gündəlik fəaliyyətlərində həyata keçirirlər. Dövlət qurumlarında, o cümlədən Ədliyyə Nazirliyinin sıralarında könüllü fəaliyyəti geniş miqyasda tətbiq olunur. Gənclərlə kompakt şəkildə işləmək, nazirliyin fəaliyyətində ictimai iştirakçılığı formalaşdırmaq, strateji insan kapitalını yaratmaq, könüllülük hərəkatını gücləndirmək əsas hədəflərimizdəndir”.

Xəbər lenti