Logo

Meksika səfiri ADU-nun tələbələri ilə görüşüb

23.10.2025 14:47 93 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Meksikanın ölkəmizdəki səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun iştirakı ilə görüş keçirilib.

ADU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, “Səfir saatı” layihəsi çərçivəsində baş tutan görüşdə ispan dili ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Səfir Meksikanın iqtisadiyyatı, coğrafiyası, tarixi və mədəniyyəti haqqında təqdimatla çıxış edərək ölkəsi barədə maraqlı faktları bölüşüb.

Tədbir interaktiv şəkildə davam edib. Səfir tələbələrin Meksika ilə bağlı suallarını cavablandırıb.

Xəbər lenti