Logo

“Süni intellekt elmi tədqiqatlarda” - elmi seminar

14.07.2025 16:26 59 baxış
IMG

Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə institutdan bildirilib.Tədbiri açan institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev fizika elmləri doktoru Nüşabə Hacıyevanın 75 illik yubileyi münasibətilə təbrik edib və uzun illər ərzində apardığı elmi-tədqiqat işləri ilə elmə verdiyi töhfələri xüsusi vurğulayıb.

Sonra kimya elmləri doktoru Zenfira İsgəndərovanın radiasiya problemləri sahəsində apardığı araşdırmanın əsas nəticələri diqqətə çatdırılıb.

Seminarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru texnika üzrə fəlsəfə doktoru Sərxan Talıbzadə “Süni intellekt elmi tədqiqatlarda” adlı məruzə ilə çıxış edib. O, bu sahədəki perspektivlər, texnologiyanın elmdə rolu və gələcək inkişaf imkanları barədə geniş məlumat verib.

Sonda sual-cavab sessiyası keçirilib, iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti