Logo

BDU-da elmi seminar: “V Sənaye İnqilabı: mövcud vəziyyət və perspektivlər”

14.07.2025 11:36 45 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında “V Sənaye İnqilabı: mövcud vəziyyət və perspektivlər” mövzusunda elmi seminar keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, seminarda laboratoriyanın kiçik elmi işçisi Orxan Güləhmədov mövzu ilə bağlı məruzə edib. Məruzəçi sənaye inqilablarının tarixi inkişaf mərhələlərinə qısa nəzər salıb, xüsusilə V Sənaye İnqilabının mahiyyəti, texnoloji trendləri və insan yönümlü yanaşmaları haqqında ətraflı məlumat verib. Məruzədə süni intellektin etik tətbiqləri, kollaborativ robotlar, fərdiləşdirilmiş istehsal sistemləri, yaşıl texnologiyalar və sosial ədalət prinsipləri kimi məsələlərdən bəhs edilib.

Orxan Güləhmədov Azərbaycanın bu prosesdəki mövqeyi, rəqəmsallaşma strategiyası, sənaye parklarının inkişafı, bərpaolunan enerji layihələri və texnoloji bacarıqların formalaşdırılması sahəsində atılan addımlar barədə də məlumat verib.

Seminarda Sənaye 4.0 mərhələsindən Sənaye 5.0 istiqamətinə keçid imkanları da təhlil olunub, ölkədə texnologiya və sənaye sahəsində gələcək tədqiqat prioritetlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti