Logo

Naxçıvanda sertifikatlaşdırma imtahanında davamiyyət 98 faizi ötüb

24.06.2025 12:04 60 baxış
IMG

İyunun 24-də Naxçıvanda ölkə üzrə kimya və biologiya müəllimləri üçün keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 67 müəllimdən 66-sı iştirak edib və 98.5 faiz davamiyyət qeydə alınıb.

TƏHSİL.BİZ  xəbər verir ki, sertifikatlaşdırmanın test imtahanı Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbdə təşkil olunub. 
 

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.

İmtahanda azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanır.


Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.


 

Xəbər lenti