Logo

AzMİU alimlərinin məqalələri “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub

03.05.2021 13:25 434 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup aliminin məqaləsi Web of Science beynəlxalq bazasına daxil olan nüfuzlu  jurnallarda dərc olunub.

           

Fizika kafedrasının müdiri, professor Adil Abdullayev, kafedranın dosenti  Valik Əhmədov və assistent Aidə İsayevanın həmmüəllifliyi ilə yazılmış “Amorf maqnityumşaq (CoFe)75Si10B15  ərintisindən hazırlanmış lentlərdə maksimal maqnit nüfuzluğuna termik emal parametrlərinin təsiri” və kafedranın dosenti  Dilarə Qafarovanın “InGaTe2 zəncirvari yarımkeçiricinin sintezi, rentgen quruluş analizi və elektron quruluşu” adlı məqalələri  INTERNATIONAL JOURNAL OF MODERN PHYSICS B jurnalında çap olunub. Kafedranın digər dosenti  Hüseynağa Hüseynovun “Yarımparabolik kvant çuxurunda termoelektrik hərəkət qüvvəsinin histerezisi” məqaləsi isə THIN SOLID FILMS jurnalında işıq üzü görüb. 
           

Universitetin Kimya kafedrasını dosenti Tamilla Zeynalovanın “Bis (1,5-siklooktadien) Ni (0) Ni (COD)2 kompleksinə C – H turşularının oksidləşdiricisinin əlavə edilməsi” adlı məqaləsi THEORETICAL AND EXPERIMENTAL CHEMISTRY, Geomatika kafedrasının müdiri, dosent Saçlı Qəniyevanın  kafedranın dosenti Eldar Qurbanovla həmmüəllif olaraq yazdığı “İqlim dəyişmələri şəraitində Kür-Araz ovalığında yarımsəhra-bitkilərinin yeraltı kök kütləsinin mövsümi dinamikası” adlı məqaləsi isə Web of Science beynəlxalq bazasında indeksləşən THEORETICAL AND EXPERIMENTAL CHEMISTRY jurnalında dərc olunub.

Xəbər lenti