Logo

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu hesabat verib

06.12.2023 11:53 181 baxış
IMG

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu 2023-cü ildə həyata keçirdiyi elmi və elmi-təşkilati işlərlə bağlı hesabat verib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

İclası açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev institutun ümumi göstəricilərinə nəzər salıb, fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev müəssisənin 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabatını təqdim edib.

Professor diqqətə çatdırıb ki, il ərzində 1 problem və 1 mövzunu əhatə edən 7 iş 14 mərhələdə yerinə yetirilib. 2023-cü ildə institut əməkdaşlarının 8 monoqrafiya, 1 metodik vəsait, 75 elmi məqalə, 30 konfrans materialı və 1 tezis olmaqla 115 elmi əsəri və 47 qəzеt məqаləsi çap olunub. Məqalələrdən 4-ü impakt faktorlu jurnallarda dərc olunu ki, onlardan 3-ü Scopus indeksinə malikdir. Bütün elmi məqalələr beynəlxalq kodlu jurnallarda çap edilib, elmi əsərlərə 433 istinad qeydə alınıb.

İl ərzində institut əməkdaşları 6 beynəlxalq, 4 respublika səviyyəli konfransda, 20 muxtar respublika səviyyəli tədbirdə, eləcə də Naxçıvan Bölməsində keçirilən 25 konfrans və tədbirdə çıxış ediblər. İnstitutun Еlmi şurаsının 9 iclаsı, еlmi-tədqiqаt işləri ilə bаğlı 8 sеminаrı kеçirilib. İnstitut əməkdaşları muхtаr rеspublikаdа kеçirilən еlmi, sоsiаl-siyаsi və mədəni tədbirlərdə yахındаn iştirаk еdib, müхtəlif tеlеviziyа kаnаllаrındа, rаdiо və mətbuаt оrqаnlаrındа çıхışlar ediblər. İnstitutda Naxçıvanın ictimai-siyasi və sоsial-iqtisadi tarixinin öyrənilməsi problemi üzrə 1 mühüm nəticə əldə edilib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tədqiqat dövründə Rusiya, İran, Türkiyə alimləri ilə əməkdaşlıq etmiş, Türkiyə Cümhuriyyətinin Mədə­niyyət və Turizm Nazirliyi Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu, Türk Tarix Qurumu və bir sıra ali məktəbləri, ABŞ-ın elm və təhsil müəssisələri, AMEA-nın Tarix, Arxeоlоgiya və Etnоqrafiya İnstitutları ilə sıx elmi əlaqədə оlublar.

Vəli Baxşəliyev 2023-cü ildə institut əməkdaşlarının iştirakı etdiyi beynəlxalq və yerli arxeoloji ekspedisiyaların nəticələrini nəzərə çatdırıb, habelə beynəlxalq elmi indeksləndirmə və xülasələndirmə baza və sistemlərindəki göstəriciləri barədə məlumat verib. Professor çıxışının sonunda ona ünvanlanan sualları cavablandırıb.

Sonda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək institutun fəaliyyətini və təqdim olunan hesabatı yüksək qiymətləndirib, qəbul olunmasını təklif ediblər.

Xəbər lenti