Logo

Tədris üçün dəyərli tövsiyələr - VACİB MƏQAMLAR

11.11.2022 11:48 345 baxış
IMG

Böyük yunan mütəfəkkiri Aristotel təfəkkürü passiv ağlın fəaliyyəti adlandıraraq yazırdı ki, anlayışlar mühakimə şəklinə düşəndə səhvə yol verilə bilər. Mütləq mühakimə yürüdülməsi mümkün olmadıqda söylənilən fikir yalnız rəydir.

Psixologiya anlayışlarının ilk sistemini Aristotel öz əsərlərində vermişdir. Bu elm çox mürəkkəb və çoxşaxəlidir. Psixi fəaliyyətin mahiyyəti və fəaliyyətlərin qanunlarını öyrənən ümumi psixologiyadan əlavə, uşaq psixologiyası, pedaqoji psixologiya, əmək psixologiyası dərin tədqiqat tələb edən sahələrdir.

Pedaqoji fəaliyyətim dövründən bu günə kimi ən çox diqqət yetirdiyim məsələ tədrisə müvafiq dərsliklərin, dərs vəsaitlərinin, metodik tövsiyələrin lazımi səviyyədə hazırlanması, tədrisin keyfiyyətinin yüksəldilməsində onlardan istifadə edilməsidir. Bu baxımdan yazıçı-psixoloq, tərcümə əsərləri müəllifi Camal Zeynaloğlunun “Mənfi emosiyalar və onun aradan qaldırılmasında özünüələalmanın rolu”, “Kollektivdə konflikt şəraitinin aradan qaldırılması”, “Şagirdlərə fərdi yanaşma prinsipi”, “Şagirdlərin şüurlu intizam tərbiyəsi”, “Sinifdənxaric oxu və onun aparılması”, “Stressin insan həyatına təsiri və onun aradan qaldırılması yolları”, Təlim fəaliyyətinin psixoloji prosesi”, “Şagirdlərin əmək tərbiyəsi”, “Şagirdlərin yaş xüsusiyyətləri və qabiliyyətlərinin formalaşması” və adlarını çəkmədiyim bir çox metodik tövsiyələri diqqətəlayiqdir. Bu vəsaitlər müxtəlif illərdə yazılsa da, ən əsası odur ki, bunlar yazıldığı zaman çərçivəsində mühüm aktuallıq kəsb etmiş, təlim-tərbiyənin inkişafına təkan vermişdir. Əslində zaman inkişafın xarakteristikasını təşkil edir. İnkişaf hansı sahədə olursa - olsun real zamanda baş verir.

Camal Zeynaloğlunun metodik tövsiyələrində şagirdlərə tanış olan hadisə və proseslərdən misal göstərməsi, görkəmli alman-ingilis filosofu və ədəbiyyatşünasların fikirlərinə istinad etməsi onun bir psixoloq, tərcüməçi-dilçi kimi pedaqoji fəaliyyətindən, məntiqi düşüncə tərzindən xəbər verir.

Müəllif haqlı olaraq yazır: “bilik sosial təcrübə formasında mövcuddur. Əgər müəllim təlim prosesində fərdi təcrübə ilə sosial təcrübə arasındakı fərqi aradan götürməyi bacarırsa, bu halda təlim müvəffəqiyyətlə nəticələnir.” Tamamilə doğrudur.

Tərcümə ədəbiyyatına yeni töhfələr bəxş edən Camal Zeynaloğlu xarici dil tədrisinə də xüsusi əhəmiyyət verir, şagirdlərin bu sahədə vərdiş və bacarıqlara yiyələnməsi yollarının əhəmiyyətini dönə-dönə qeyd edir. “Məktəbin idarə olunmasında rəhbər şəxsin qarşısında duran əsas vəzifələr”, “Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətində rolu”, “Sinif kollektivinin daha yaxşı öyrənilməsi” adlı psixoloji araşdırmalar və tövsiyələr də bu baxımdan aktuallıq kəsb edir. Müəllifə uğurlar arzu edirəm.

Osman Əfəndi
Fəlsəfə elmləri doktoru, professor.

Xəbər lenti