Logo

Valideyn, şagird və məktəb əlaqələri necə olmalıdır?

09.11.2022 00:29 552 baxış
IMG

Artıq 2-ci ildir ki, müəllim kimi fəaliyyətimi davam etdirirəm. Bu yazımda mən müəllim-valideyn-şagird üçlüyündəki valideyn, şagird və valideyn-məktəb əlaqələri haqqında danışmaq istərdim.

Toxunacağım mövzulara dair fikirlərim neqativə adaptasiya kimi görünsə belə düşünürəm ki, mövcud bir problemin həlli qədər həmin problemin məhz nədən ibarət olduğunu anlamaq da mühüm addımlardan biridir. İlk öncə valideynlərimizin təhsil müəssisələrindən hansı gözləntiləri olduğunu müəyyənləşdirmək vacibdir.

Hal-hazırki durumdan anladığım qədəri ilə valideyinlərimiz təhsil müəsssisələrinin təlim-tərbiyə prosesində əsas aparıcı faktor olduğunu düşünür, lakin biz bilirik ki, bu prosesin təməlləri ailə daxilində atılır və formalaşır. Zənnimcə, özünə və cəmiyyətə faydalı şəxsiyyət yetişdirmək istəyiriksə, ilk öncə ailə quruluşları və ailələrimizi formalaşdıran təməl prinsipləri gözdən keçirməliyik.

Qısa zaman ərzində topladığım təcrübədən belə qənaətə gələ bilərəm ki, davranış pozuntuları, təlimə adaptasiyada çətinlikləri və s. kimi problemləri olan şagirdlərin demək olar ki,
böyük əksəriyyətində bu problemlər məhz elə ailə daxili səbəblərdən qaynaqlanır. Əgər ailədə uşaq tərbiyəsinə diqqət edən məsuliyyətli bir valideyiniksə, bunun üçün spesifik effort 
sərf etməyə ehtiyac yoxdur. Hər zaman sevə -sevə təkrar etdiyim “Uşaqlarnızı tərbiyə etməyə güc sərf etməyin, onsuzda onlar sizi təqlid edəcəklər” sitatı burada yerinə düşərdi.

Toxunmaq istədiyim əsas nüans isə budur ki, ailə daxilində öncədən hərəkətlərinizi düşünüb planlamaq və bunu həyata keçirmək əziyyətinə qatlaşmaqdansa, yaxşı vərdişləri, məsuliyyətli davranışı, xoş rəftarı, iş bölgüsünü və s. kimi xüsusiyyətləri öz həyat tərzinizə çevirərək həm öz ailənizə, həm də yetişdirdiyiniz şəxsiyyətə faydalı ola bilərsiniz.

Önəmli olan bir mövzuda nə qədər şanslı  olduğumuzu dərk etməyimizdi. O da öz gələcəyimizi özümüzün istədiyi kimi formalaşdırmaq şansımızın olmasıdır. Bu şans isə övladlarımız, şagirdlərimiz, yəni gələcəyimizdir.

Hər birimiz gözəl gələcək xəyalları qurarkən əslində bu şansın çox yaxınlarımızda olan övladlarımız olduğunu dərk etməli və onları sevməli, qorumalıyıq.

Haqqında danışılması mühüm olan məsələlərdən bir digəri də uşaqlarla ünsiyyət prosesidir. Tövsiyə
edərdim ki, burada ünsiyyət zamanı övladımızın da bir şəxsiyyət olduğu reallığını qəbul etməli, onların 
fikirlərinə, qərarlarına hörmətlə yanaşmağı bacarmalı, sezdiyiniz yanlışları isə sizə doğru olan şəkildən daha çox ona faydalı ola biləcək şəkildə yönləndirərək düzəltməsini təmin etmək daha daha doğru olardı. Unutmayaq ki, şəxsiyyət yetişdirmək üçün ilk öncə övladımıza da şəxsiyyət olduğunu hiss etdirməliyik.

Bir digər toxunmaq istədiyim mövzu isə müəllimlərin və məktəb psixoloqlarının bu prosesdə oynadığı rol barəsindədir. Təəssüf hissi ilə bilidirmək istərdim ki, ölkəmdəki bir çox məktəbdə məktəb psixoloqu ya yoxdur, ya da olanlar da bu sahədə uğurlu tədbirlər görə bilmirlər. Bu sahənin diqqət mərkəzində olması və barəsində daha həssas qərarlar alınması ən uğurlu addımlardan biri olardı. Əlbəttə, müəllimlərin bütün bu sadaladığım proseslərdə rolu əvəzolunmazdır ,çünki bu üçlüyün zəif tərəflərini bərpa etmək də müəllimin vəzifəsi halını alır. Ona görə də ilk öncə övladlarımızı və işini sevən müəllimlərimizin daha çox olması diləyi ilə.

Unutmayaq ki, yaxşı övlad, uğurlu şagird, şəxsiyyət yetişdirmək bizi işıqlı gələcəyə doğru bir addım da yaxınlaşdrır.

Abdullayeva Sehranə
Ağsu rayon Muradlı kənd tam orta məktəbin  coğrafiya müəllimi

Xəbər lenti