Logo

14 yaşlı şagird məşq zamanı aldığı xəsarət nəticəsində öldü

13.08.2022 08:14 3460 baxış
IMG

Rusiyanın Sankt-Peterburq şəhərində hokkey məktəbinin 14 yaşlı şagirdi məşq zamanı aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Belə ki, şayba yeniyetmənin sinəsinə dəyib, bundan sonra onun nəfəsi dayanıb.

Bu barədə məktəbin mətbuat xidmətindən məlumat verilib.

“Komanda həkimi dərhal hokkeyçiyə kömək edib və təcili yardım çağırıb. Bütün reanimasiya tədbirlərini həyata keçirəndən sonra ürəyi işə salmaq mümkün olub. Uşaq xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas edə bilməyiblər”, - deyə məktəbin saytında bildirilir.

Xəbər lenti