Logo

"İnsan kapitalı" üzrə işçi qrupunun iclası keçirilib

18.05.2022 12:14 85 baxış
IMG

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının İnsan Kapitalı İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclas zamanı İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının birinci rübü ərzində görülmüş işlər barədə təqdimat nümayiş olunub. İşçi qrupunun üzvləri hesabatla bağlı çıxış edərək, təmsil etdikləri qurumlar tərəfindən görülmüş işlərə dair məlumatları səsləndiriblər.

Bundan əlavə, İşçi qrupun fəaliyyəti ilə bağlı cari məsələlər və qarşıda duran məsələlər müzakirə olunub.

Xəbər lenti