Logo

DİM: Sınaq imtahanlarına qeydiyyat davam edir

07.12.2021 12:41 125 baxış
IMG

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarına hazırlaşan şəxslər üçün sınaq imtahanları keçirilir. Bu imtahanların iştirakçılar üçün bir sıra müsbət xüsusiyyətləri var. İlk növbədə sınaq imtahanları vasitәsilә siz indiyә qәdәr әldә etdiyiniz bilik sәviyyәnizi yoxlamaq, sərf etdiyiniz əməyin nәticәsini әyani şәkildә görmәk imkanı qazanırsınız.

Sınaq imtahanları sizdә imtahan vәrdişlәrinin formalaşmasına kömәk edir. Çunki bu sınaqlar zamanı siz qәbul imtahanı texnologiyasına uyğun “Sual kitabçası”, “Cavab kartı” və “Cavab vərəqi” ilә işlәyir, kartın doldurulması vә vaxtın düzgün bölüşdürülmәsi vәrdişlәrinә dә yiyәlәnirsiniz.

Digər tərəfdən sınaq imtahanlarında әldә etdiyiniz nәticәlәr sizә hansı fәnn vә ya fәnlәrdәn güclü vә ya zәif olduğunuzu müәyyәnlәşdirmәyә kömәk edir.

Nəhayət, sınaq imtahanlarının sizә hәm dә psixoloji cәhәtdәn böyük kömәyi ola bilәr. Nәzәrә almaq lazımdır ki, iştirakçı bәzәn imtahan zamanı hәyәcan vә tәşviş keçirir. Bu da ona öz biliklәrini tam nümayiş etdirmәyә mane olur. Sınaqlarda iştirak edәrәk siz bu arzuolunmaz ovqatı aradan qaldıra bilәrsiniz. Çünki sınaq imtahanları zamanı sual kitabçaları, cavab kartları, cavab vərəqləri, imtahan müddәti vә digәr amillәr eynilә qәbul imtahanlarındakı modelә uyğunlaşdırılır vә demәk olar ki, siz özünüzü qәbul imtahanında olduğu kimi hiss edirsiniz. Bir neçә sınaq imtahanından sonra bu sizdә adi hal alır vә nәticәdә tәşviş dә, hәyәcan da aradan qalxır.

Qeyd olunanları nəzərə alaraq sınaq imtahanlarının əhəmiyyətini qısa şəkildə aşağıdakı kimi ifadə etmək olar:

1. İmtahan texnologiyası ilə tanış olursunuz;

2. Real imtahan mühitini hiss edirsiniz;

3. İmtahanda davranış qaydalarını öyrənirsiniz;

4. Test tapşırığı modelləri ilə tanış olursunuz;

5. İmtahan vaxtının idarə olunmasını öyrənirsiniz;

6. Fənn və mövzuların öyrənilmə səviyyəsini müəyyən edirsiniz;

7. Vərdiş yarandığı üçün imtahan həyəcanının azaldılmasına nail olursunuz.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, dekabrın 26-da magistraturaya qəbul və Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə, həmçinin Xarici İşlər Nazirliyinə işə qəbul üzrə sınaq imtahanları keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə sınaq imtahanlarına qeydiyyat 9 dekabr, XİN-ə qəbul üzrə sınaq imtahanına qeydiyyat 19 dekabr, digər imtahanlara isə 16 dekabr tarixinədək davam edəcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat

Magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlar üçün sınaq imtahanına qeydiyyat

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahana qeydiyyat     

XİN-ə qəbul üzrə sınaq imtahanına qeydiyyat

Xəbər lenti