Logo

Samirə Məmmədovanın məqaləsi impakt faktorlu jurnalda dərc olunub

24.11.2021 13:58 593 baxış
IMG

Azərbaycan Universitetinin Xarici dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Məmmədovanın “Exploring time and place in news discourse: a linguistic approach” adlı elmi məqaləsi Clarivate Analytics nüfuzlu elmi bazasına daxil olan “Revista Conrado” elmi jurnalında çap olunub.

Məqalədə xəbər diskursunda zaman və yer konseptlərinin linqvistik tədqiqi araşdırılır. Burada xüsusi diqqət ingilisdilli xəbər diskurslarında bu iki çox vacib konseptin leksik, qrammatik və məcaz dili vasitələri ilə necə ifadə olunmasına yönəlmişdir. Koronavirus pandemiyası ilə əlaqədar yaranan son xəbərlər bu mövzunu son dərəcə aktual və orijinal edir, çünki təqdim olunan mövzu çox vacib iki konseptə həsr olunmuşdur: zaman və məkan. Məhz buna görə də 2020-ci ilin ilk aylarında hazırlanan çoxlu xəbər diskurslarında bu iki anlayışın necə formalaşdığını təhlil etmək son dərəcə aktual və maraqlı problemi diqqətə çatdırır.

Jurnala keçid: https://conrado.ucf.edu.cu/index.php/conrado/issue/view/65

Məqaləyə keçid: https://conrado.ucf.edu.cu/index.php/conrado

Xəbər lenti